12 C
Baku
Wednesday, December 11, 2024

Avstraliyanın ən böyük bankı çirkli pulların yuyulmasına görə 924 mln. dollar cərimələnib

Avstraliyanın ən böyük kredit təşkilatı olan “Westpac Group”, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyət göstərən dövlət agentliyi (AUSTRAC) ilə müqavilə imzalayıb və 924,6 milyon dollar dəyərində cərimə ödəyəcək.

Banker.az xəbər verir ki, bu barədə bank qrupunun cümə axşamı günü yayımladığı açıqlamada bildirilir.

“Westpac Group AUSTRAC ilə razılığa gəldiyini açıqlayıb. Razılaşmağa uyğun olaraq, bank çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna görə Avstraliyanın Federal Məhkəməsinə 1,3 milyard dollar Avstraliya dolları (924,6 milyon ABŞ dolları) cərimə ödəyəcək”, – deyə maliyyə-kredit təşkilatının bəyanatında deyilir.

Verilən məlumata görə, 2013-cü ildən 2018-ci ilədək “Westpac” dövlət tərəfindən müəyyən edilmiş qaydaları pozan 23 milyondan çox maliyyə əməliyyatı həyata keçirib. Noyabrın 20-də tənzimləyici Avstraliyanın federal məhkəməsində iddia qaldıraraq, respondent banklara müvafiq nəzarət olmadan milli ödəmə sisteminə giriş verməkdə günahlandırıb.

Qeyd edək ki, “Westpac” – Avstraliyanın “böyük dördlük” qrupuna daxil olan banklardan biridir (ANZ, National Australia Bank, Commonwealth Bank), Yeni Zelandiyada isə ikincidir. 2011-ci ildə “Westpac”ın təxminən 12,2 milyon müştərisi olun. Bundan əlavə, bank ölkənin ən böyük ipoteka krediti təminatçısıdır.

Son xəbərlər
Digər xəbərlər