Avstriyada yerləşən “C SEED” adlı şirkət, dünyanın ilk 165 düymlük qatlanabilən MicroLED televizorunu istifadəyə verib.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, 3.6 metr eni və 2 metr hündürlüyü ilə C SEED M1-i xüsusi edən ən vacib xüsusiyyəti onun qatlanabilməsidir. Televiziya arxada metal çərçivə olmaqla 5 hissəyə bükülə bilər. Həmçinin televizor tək bir düyməyə basmaqla açılan yerin altına bükülür.
Qatlanabilən televizor 400 min dollara satışa çıxarılıb.