Avstriyada iyul ayında illik inflyasiya 9,3% təşkil edib, bu isə 1975-ci ilin fevralından sonra ən yüksək göstəricidir.
Bu barədə “Statistik Austria” idarəsinin məlumatlarından bəlli olur.
Məlumata görə, qiymət artımı daha çox yanacaq, ərzaq məhsulları və qida sahəsində qeydə alınıb.