14 C
Baku
Thursday, May 2, 2024

Avtobus sahibi olan “Xaliq Faiqoğlu” alqı-satqıya görə məhkəməyə verilib

“Lokomotiv” MMC “Xaliq Faiqoğlu” MMC-yə qarşı iddia qaldırır.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

“Lokomotiv” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Xaliq Faiqoğlu” MMC ilə aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin – alqı-satqı müqaviləsi üzrə mübahisələr olduğunu bildirib.

Emin Əliyev məhkəməyə hakim təyin edilib.

Xatırladaq ki, 2004-cü ildən Xaliq Faiqoğlu adı ilə şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyətə başlayan şirkət, 2013-cü ildən SAFA Holdinq brendi altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər