18 C
Baku
Tuesday, April 23, 2024

Avtomobil kreditlərinin yaratdığı problemlər

Bu ilin yanvar ayında Azərbaycana cəmi 6 477 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə gətirilən 9,1% azalma deməkdir. Belə çıxır ki, Azərbaycana avtomobil idxalı azalıb.

Sizcə bu nə ilə əlaqədardır? Axı dünənə kimi demək olar ki, hər kəs “şəhərdə bu qədər maşın olar?” deyib gəzirdi. Bəs nə oldu birdən-birə? Əlbəttə ki, bunun ən başlıca səbəbi ölkədə avtomobil kreditlərinə qoyulan qadağa oldu. Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etdiyi barədə məlumat vermişdik.

Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.

Bir az sonra isə məlum oldu ki, Mərkəzi Bankdan gələn razılıq əsasında banklar avtomobil kreditlərini yeni şərtlər əsasında veriblər. Yeni şərtlərə əsasən, banklar öz vəsaitlərini yeni avtomobilllər üçün – ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək. 1 ildən çox sürülmüş avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % -dərəcəsi ilə ödəməlidir. Bundan başqa müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Bəs avtomobil kreditinə məhdudiyyətin qoyulması Azərbaycanın avtomobil bazarına necə təsir göstərəcək?

Əlbəttə bunun mənfi cəhətləri olduğu kimi , müsbət cəhətləri də az deyil. Mənfi cəhətlərdən biri budur ki, maşın bazarında durğun vəziyyət olacaq, alıcılar bazardan əliboş dönməli olacaqlar.  Qərarın Azərbaycanın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi bəllidir.

Amma yeni qərarın müsbət cəhətləri də az deyil. Maraqlıdır ki, avtomobil kreditlərinə məhdudiyyətin qoyulmasını bəzi ekspertlər paytaxtdakı tıxaclarla əlaqələndirirlər.  Bəziləri isə deyir ki, bu qanun  avtomobillərin qiymətlərinin enməsinə səbəb olacaq. Məncə, bu qərar həqiqətən də ölkədə hökm sürən tıxacları devirsə daha yaxşı olmazmı?

Yeni şərtlərə əsasən banklar öz vəsaitlərini yeni avtomobilllər üçün ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək 

Lakin yaranan vəziyyət maşın bazarında durğun vəziyyəti daha da gərginləşdirib

Yeni şərtlərin mənfi təsiri daha çox təkrar bazarda özünü göstərir. Bu şərtlərlə borclanmaqdansa nəğd alış verişi sərfəli sayan alıcılar bazardan əliboş dönməli olurlar.

Maşın bazarını araşdıran iqtisadçılar da nikbin proqnozlar vermir.

Əmlak bazarı üzrə mütəxəssis, Ramin Osmanlı: “Avtomobil kreditlərini daha sərt qaydalarla verilməsini qərarlaşdıran hökumətsə bu yolla həm ölkədə avtomobillərin sayını, həm də dolayısı ilə benzinə olan təəlabatı da tənzimləmək istəyir.”

Hazırda ölkədə verilən istehlak kreditlərinin böyük bir hissəsi avtomobil kreditlərinin payına düşür. Araşdırmalara görə qaytarılmayan kredit borclarının da təqribən 40 faizə qədəri avtomobillərə verilən vəsaitlərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər