“Legion Financial” Açıq Səhmdar Cəmiyyətinin 2026-cı ilin ilk yarısında xalis mənfəəti 36% azalaraq 470 min manata düşüb. Şirkət 2025-ci ilin müvafiq dövrünü 733 min manat xalis mənfəətlə başa vurmuşdu.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 2 milyon 265 min manat, faiz xərcləri 43% artaraq 1 milyon 85 min manat olub.
Şirkətin cəmi aktivləri 22 milyon 471 min manat, cəmi öhdəliklər 17 milyon 23 min manat, cəmi kapital 5 milyon 448 min manat təşkil edib.
Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobillərin maliyyə lizinqi, fiziki şəxslərə lombard kreditlərinin verilməsi və daşınmaz əmlakın alqı-satqısıdır.







