10 C
Baku
Wednesday, December 11, 2024

Avtomobilinizi ürəklə sürün – Avtodost sığorta varsa

Ətrafımızda baş verən nəqliyyat hadisələri istər ölüm hallarının sayı, istər də avtomobillərə vurduğu maddi zərərin miqdarına görə türk ürpətməkdə davam edir. Demək olar ki, elə gün olmur ki, paytaxtda və eləcə əsas magistral yollarda qəzalar baş verməsin. Ölümdən qurtulmaq mümkünsüz olsa da, istər həyatımızı, istər də avtomobilimizi sığortalaya bilərik.
Budəfəki mövzumuz avtomobilin bütünlüklə sığortası olan “kasko” sığortanı əhatə edəcək. Daha doğrusu “AtaSığorta” şirkətinin avtomobil sahiblərinə təklif etdiyi Avtodost məhsulundan bəhs edəcəyik.

Qısaca olaraq Kasko sığorta haqqında:

Bu zaman avtomobilin dəyəri müəyyən edilir və Siz sığorta şirkətinə onun dəyərinin müəyyən hissəsini bir-başa faiz şəklində ödəyirsiniz. Bunun əvəzində isə hər hansı bir qəza hadisəsi baş verdikdə sığorta şirkəti avtomobilinizə dəyən zərəri ödəyir. Kasko sığorta ilə avtomobilinizin könüllü sığortasının əsas fərqi ondan ibarətdir ki, Kasko sığortası zamanı yalnız avtomobilin özü tam, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır (sağlamlığa dəyən zərər bura şamil edilmir).

Bu sığortaya əsasən aiddir: avtomobilinizin oğurluqdan, təcavüzlərdən, yanğından, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub olmamasından asılı olmayaraq baş vermiş sığorta hadisəsindən, əşyaların düşməsindən, atılmasından və s. gələcəkdə gözlənilməz risklərdən qorunması və dəyən zərərin sığorta şirkəti tərəfindən tam və ya qismən ödənilməsi.

Lakin xırda bir nüans var. Hər bir sığorta şirkətində “franşiza deyilən bir anlayış mövcuddur.

Franşiza –elə bir məbləğdir ki, əgər avtomobilə dəyən zərər ondan kiçik olarsa, bunu sığorta şirkəti qarşılamır.

Franşiza – Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfindən ödənilir.

Məsələn yolda avtomobilin təkəri partlayır və ya nömrəsi düşür, xərcləriniz 55 manat təşkil edir. Franşiza isə 100 manatdır. Xərcinizi özünüz qarşılamalı olacaqsınız.

Avtodost nədir?

Avtodost – AtaSığorta-nın sizə təqdim etdiyi bir kasko sığorta məhsuludur.

Avtodost – avtomobilinin istehsal ili 2004-cü ildən bəri və bazar dəyəri 10000 manatdan yuxarı olan fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Bu məhsul 5 nəfərə qədər oturacaq yeri olan minik avtomobillərinə şamil edilir. Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

carQəza hadisəsi baş verdiyi halda, təbii ki, sığorta şirkəti ilə əlaqə saxlanılır, şirkət nümayəndəsi hadisə yerinə gəlir və qəzanın avtomobilə vurduğu zərər müəyyən edilir. Bu zaman şirkətlə  sığortalı arasında əldə edilən razılıq əsasında ya sığorta ödənişi həyata keçirilir, ya da avtomobil şirkət hesabına təmir edilir və bu müddət ərzində siz alternativ avtomobil ilə təmin edilirsiniz.

Sizin avtomobilə dəymiş zərərin məbləğindən franşiza çıxıldıqdan sonra yerdə qalan məbləğ Sizə verilir.

Məsələn avtomobilə dəymiş zərərin miqdarı 2000 AZN-dir və siz onun təmirini sığorta şirkətinə həvalə etmək istəmirsiniz və istəyirsiniz ki, sizə ödəniş edilsin.

2000 AZN-dən 100 AZN (franşiza) çıxılacaq və 1900 AZN sizə veriləcək.

Əgər avtomobilə dəymiş zərərə görə siz məsuliyyət daşıyırsınızsa, yəni qəza sizin səhviniz üzündən baş veribsə, onda franşizanın iki misli hesablanacaq. Yəni 2000 – 2*100= 1800 AZN

Əgər avtomobil tam yarasız hala düşərsə, onun real bazar dəyəri müəyyən edilərək, sizə ödəniləcək. Əgər avtomobiliniz bank krediti ilə alınıbsa, şərtlər bankdan asılı olaraq dəyişə bilər, amma əksər hallarda bu zaman avtomobilin tam dəyəri deyil bank tərəfindən ödənilən məbləğ sığortalanır. Ona görə də sığorta şirkəti dəymiş zərəri tam deyil, məhz həmin nisbətdə ödəyir.

Avtodost əldə etmək üçün nə qədər ödəməlisiniz

Avtodost əldə etmək istəyən fiziki və hüquqi şəxslər avtomobilin buraxılış ilindən, mühərrikin həcmindən və s. asılı olmayaraq avtomobilin dəyərinin 3.2%-ni ödəməklə Avtodosta sahib olaraq ödənişsiz xidmətlərdən faydalana bilərlər. Avtomobilin dəyəri isə onun bazar qiyməti əsasında müəyyən olunur. Franşiza 100 AZN-dir.

Yadda saxla

Siz sığortalanmış avtomobili yalnız istehlak məqsədləri ilə istifadə edə bilərsiniz. Yəni avtomobilinizlə özünüzü və ya ailənizi harasa apara bilərsiniz, lakin ondan kommersiya məqsədi ilə məsələn taksi və ya digər xidmətlər üçün istifadə etdikdə Sizə sığorta ödənişi verilmir (lakin müəssisənin və firmaların avtomobilləri də sığortalana bilər).

Ö D Ə N İ Ş S İ Z   X İ D M Ə T L Ə R

Videoqeydiyyat cihazı – Sizə hədiyyə olaraq veriləcək bu cihaz, hərəkət zamanı baş verən bütün hadisələri qeydə alaraq sizə yardımçı olacaq.

Alternativ Avtomobil – Avtomobilinizin təmir müddəti boyunca siz müvəqqəti avtomobil ilə təmin olunacaqsınız.

Evakuator – Avtomobiliniz günün istənilən vaxtında evakuator vasitəsi ilə təmir məntəqəsinə çatdırılacaq

Yolda Təmir – Avtomobiliniz lazım olan anda yerindəcə təmir edilə bilər.

Texniki Müayinə – Avtomobili mütəmadi olaraq texniki müayinədən keçirmək imkanınız var.

Onlayn məsləhət – Telefonla və ya internetlə hüquqi və texniki məsləhət.

Alternativ avtomobillər hansı modellərdən ibarətdir? – Sığorta hadisəsi zamanı 10 gün müddətində Hyundai və Kia markalı avtomobillər təqdim olunur.

Evakuator və yolda təmir xidmətindən neçə dəfə istifadə edə bilərəm? – Evakuator və yolda təmir xidməti texniki nasazlıqlar vaxtı il ərzində 3 dəfə çağırıla bilər.

Son xəbərlər
Digər xəbərlər