10 C
Baku
Thursday, December 12, 2024

Avtomobillərin qiyməti artacaq ya azalacaq? – Rəy

İqtisadçı-ekspert Vüqar Bayramov avtomobillərin qiymətindəki artımın davam edib-etməyəcəyi haqqında sualı cavablandırıb.

Banker.az Finans.az saytına istinadən yazır ki, ekspert bildirir ki, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir:

Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazara öz təsirini göstərməkdədir. Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9% artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır.

Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi.​

Son xəbərlər
Digər xəbərlər