8 C
Baku
Thursday, December 12, 2024

“AvtoVAZ” dördgünlük iş həftəsinə keçir

Komponentlərin çatışmazlığı səbəbindən uzunmüddətli fasilədən sonra istehsalı qismən bərpa edən “AvtoVAZ” mayın 18-dən dördgünlük iş rejiminə keçir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Rejim müəyyən edilib – dördgünlük iş həftəsi. Biz bu rejimdə işləyəcəyik”, – deyə şirkətdən bildirilib.

Ukraynada müharibə başlayandan avtomobil istehsalçısı fasiləsiz istehsalın təmin edilməsində və lazımi komponentlərin təchiz edilməsində bir sıra çətinliklərlə üzləşir. İyunun 8-də şirkət iki aylıq fasilədən sonra ilk avtomobilini buraxıb.

Son xəbərlər
Digər xəbərlər