7 C
Baku
Friday, December 26, 2025

Axios: ABŞ və Ukrayna sülh planının böyük hissəsini razılaşdırıb

ABŞ və Ukrayna arasında sülh razılaşmasının elementlərinin əksəriyyəti artıq razılaşdırılıb. Bunlara Kiyevin ABŞ və Avropadan alacağı təhlükəsizlik zəmanətləri də daxildir.

ABŞ administrasiyası daha əvvəl Ukrayna üzrə nizamlanma planının hazırlanması barədə bəyanat vermişdi. Kreml isə bildirib ki, Rusiya danışıqlara açıq qalır və Ankoricdə aparılan müzakirələr platformasında iştirakını davam etdirir.

Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev 20–21 dekabr tarixlərində Mayamidə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə danışıqlar aparıb.

Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Kremldə Uitkoffu və Kuşneri qəbul edib. ABŞ nümayəndələrinin Rusiyaya səfəri Ukrayna üzrə ABŞ-nin sülh planının müzakirəsi prosesi ilə bağlı olub. Putinin bildirdiyinə görə, Amerika tərəfi 27 maddəni dörd paketə bölüb və onların ayrı-ayrılıqda müzakirə olunmasını təklif edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kremldə aparılan danışıqları çox məzmunlu adlandırıb və Rusiya ilə ABŞ arasında təmasların davam etdiriləcəyini bildirib. Bununla yanaşı, Uşakov qeyd edib ki, Rusiya ordusunun döyüş meydanındakı uğurları danışıqların gedişinə və xarakterinə müsbət təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər