ABŞ prezidenti Donald Tramp Ay və Marsın mənimsənilməsi üzrə proqramın reallaşdırılması üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracaq.
Banker.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu öz “Twitter”ində qeyd edir.
“Mənim administrasiyam zamanı biz NASA-nın böyüklüyünü bərpa edirik və biz özümüz Aya qayıdırıq, ardınca isə Marsa yollanacağıq. Mən fəzaya daha geniş şəkildə qayıtmağımızdan ötrü əlavə 1,6 milyard dolların daxil edilməsi üçün [NASA-nın] büdcəsini yeniləyirəm”, – deyə o yazıb.