8 C
Baku
Wednesday, October 30, 2024

AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 833 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyunun 20-si) ilə müqayisədə 2.3% və ya 19 mln. avro artıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 88%-ni (736 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (66 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2.4% artaraq 759 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3.603 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.5 %-i (3.117 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər