6 C
Baku
Monday, December 16, 2024

AYİB Azərbaycan şirkətinə 5.6 mln. avro kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkəti “Gemza Group” MMC-yə kredit ayırıb.

Bank ümumi dəyəri 19.1 milyon avro olan üç müasir anbarın tikintisi üçün Gemza Group MMC-yə 5.6 milyon avroya qədər yüksək səviyyəli təminatlı kredit ayırıb.

Qeyd edək ki, “Gemza Group” Azərbaycanda, bəzi Orta Asiya ölkələri, BƏƏ və Türkiyədə avadanlıq (nasoslar və klapanlar) tədarükü, ehtiyat hissələri istehsalı və təmir, texniki xidmət və əsaslı təmir xidmətləri göstərən şirkətdir. Bu AYİB-in şirkətə verdiyi ikinci kreditdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər