8 C
Baku
Tuesday, March 19, 2024

AYİB Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə kredit ayıracaq

Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsinə Avropa İnkişaf və Yenidənqurma Bankından kredit vəsaiti cəlb ediləcək.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov AYİB-in prezidenti Odile Renaud-Bassonun iştirakı ilə keçirilən görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda ölkənin 100% genişzolaqlı internetlə təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür ki, hər bir ailə sürətli telekommunikasiya xidmətlərindən yararlana bilsin.

“Bu iddialı layihələrin icrasını sürətləndirmək üçün biz Avropa İnkişaf və Yenidənqurma Bankından kreditin alınmasını düşünürük. Biz artıq 600 min ev təsərrüfatını optik internetlə əhatə etmişik və bu rəqəmi ilin sonunadək 800 minə çatdırmağı nəzərdə tuturuq. Qeyd edim ki, hazırda ölkə üzrə 700-ə yaxın kəndlərdə sabit genişzolaqlı şəbəkəyə çıxış mövcud deyil” – deyə, Samir Məmmədov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər