23 C
Baku
Thursday, April 25, 2024

AYİB ilə Gəncədə küçələrin işıqlandırılması layihəsinin icrasına dair müqavilə imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Gəncə şəhərinin küçələrin işıqlandırılması ilə bağlı layihənin icrasına dair müqavilə imzalanıb.

Sənədə AYİB-in prezidenti Odile Renaud-Basso, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncənin icra başçısı Niyazi Bayramov imza atıblar.

Layihə çərçivəsində şəhərin 274 küçə və prospektlərində müasir işıqlandırma sistemləri quraşdırılacaq ki, bu da elektrik enerjinin sərfiyyatında 76%-ə qədər qənaət etməyə imkan yaradacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər