16 C
Baku
Thursday, April 25, 2024

AYİB Rusiya və Belarusdakı ofislərini bağlayır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacağını açıqlayıb.

Bank Moskva və Minskdəki daimi ofislərinin bağlanma prosesində olduğunu bildirib.

Qeyd edək ki, AYİB Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəti şəkildə pisləyib və Moskva və Minskdəki ofislərinin bağlanması qərarını Rusiyanın Belarusun köməyi ilə həyata keçirdiyi tədbirlərin qaçılmaz nəticəsi kimi adlandırıb.

Xatırladaq ki, martın 1-də bankın İdarə Heyəti üzv ölkələrin nümayəndələrindən həm Rusiya, həm də Belarusa qarşı sərt addımları təsdiqləmələrini xahiş edib. İdarə Heyəti tərəfindən təklif edilən addımlar ölkə nümayəndələri tərəfindən təsdiqlənərsə, Rusiya və Belarusun AYİB-in maliyyə və ekspertizasına çıxışı qeyri-müəyyən müddətlik dayandırılacaq. Ölkə nümayəndələrinə sözügedən addımlar üzrə səs verməyə 30 gün vaxt verilmişdi.

AYİB indiyədək Rusiyaya 788 layihə çərçivəsində 24,301 mlrd. avro, Belarusa isə 142 layihə çərçivəsində 3,087 mlrd. avro ayırıb. Bankın Rusiyadakı aktiv portfelinin həcmi 61 layihə çərçivəsində 939 mln. avro, Belarusdakı aktiv portfelinin həcmi isə 61 layihə üzrə 880 mln. avro təşkil edir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər