9 C
Baku
Thursday, December 12, 2024

AYİB Türkiyə bankına $127 milyon kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) Türkiyə bankı “Isbank”a 127 milyon ABŞ dolları həcmində kredit ayırıb.

Bu barədə AYİB-dən bildirilib. Məlumata görə, kreditin ayrılmasında məqsəd ölkədə qadınların rəhbərlik etdiyi bizneslərə kredit vermək və Türkiyənin yaşıl iqtisadiyyata keçidini asanlaşdırmaqdır. Bunu nəzərə alaraq, AYİB tərəfindən ayrılan vəsaitlər, qadınların rəhbərlik etdiyi KOB-ları maliyyələşdirən “Türkiyə Biznesdə Qadınlar” (TurWiB II) proqramı və kiçik miqyaslı bərpa olunan enerji investisiyalarını dəstəkləyən Türkiyə Davamlı Enerji Maliyyələşdirmə Mexanizmi (TurSEFF III) proqramı arasında bölünəcək.

Qeyd edək ki, AYİB 2009-cu ildən etibarən Türkiyədə 378 layihəyə 16.5 milyard avrodan çox sərmayə qoyub, bu layihələrin böyük əksəriyyəti özəl sektorun payına düşür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər