AYNA inzibati binalarının təmiri üçün 1 milyon manatdan çox vəsait ayırır.
Banker.az xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi inzibati bina və qurğularında cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsinə yekun vurub.
Tenderin qalibi “Azdev Engineering Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin ümumi məbləği 1 024 312.35 AZN təşkil edir.
Müqaviləyə əsasən, qalib şirkət AYNA-nın istifadəsində olan bina və qurğularda cari təmir işlərini həyata keçirəcək.






