10 C
Baku
Thursday, December 12, 2024

AYNA bu marşrut xətti ilə bağlı daşıyıcı şirkətə göstəriş verdi

Havaların isti keçməsi ictimai nəqliyyatdan istifadə edən bir çox sərnişinlərə əlavə problemlər yaradır.

Belə ki, bəzi marşrut xətlərində avtobuslar böyük intervalla hərəkət etdiyindən basırıq yaranır. Üstəlik, soyutma sistemi olmadığı üçün belə vəziyyətlərdə sürücülər avtobusları qapısıaçıq idarə edirlər.

Sərnişinlərin bu cür diskomfort yaşadığı marşrutlardan biri də 79 saylı xətdir.

Sərnişinlər bildirirlər ki, bu marşrutun avtobusları arasında interval, az qala, yarım saata çatır. İntervalın çox olması, xüsusən də pik saatlarda avtobusa daha çox sərnişinin minməsinə səbəb olur. 30 dayanacaqdan keçən avtobuslarda kondisioner olmadığı üçün basabasda nəfəs almaq mümkün olmur və vəziyyətdən çıxış yolu kimi sürücü avtobusu qapısıaçıq idarə edir. Bu da real təhlükə deməkdir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Agentlikdən bildirilib ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 79 nömrəli marşrutda mütəmadi olaraq 14 ədəd avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.

“Həftəsonları isə sərnişin axınının azalması ilə əlaqədar xətdə 10 ədəd avtobus 15 dəqiqə intervalla işləyir.

Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər