Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) STP-Btech” şirkəti ilə dəyəri 45 milyon manat olan 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Respublika ərazisində, magistral yollarda nişanlanma işləri nəzərdə tutulur. Bu müqavilənin məbləği 33 549 225 manatdır.
Dəyəri 11 465 232 manat olan 2-ci müqavilə isə Respublika ərazisində, magistral yollarda xətlənmə işlərindən ibarətdir.