ABŞ-da insanların bir-birindən ayrılması üçün xüsusi bir proqram yaradılıb – Onward. Onun köməyi ilə münasibətinizin sona çatdıqdan sonra, emosional vəziyyətinizi nəzərə alaraq hərəkətlərin logistikasını düşünə bilərsiniz. Banker.az xəbər verir ki, bu haqda Fast Company xəbər verir.
Ayrılıq üçün nəzərdə tutulmuş bu proqram, Lindsek Mek və Mika Leonard tərəfindən yaradılmışdır. Onlar uşaq yaşlarından tanışdırlar və daim bir-biri ilə bütün problemləri bölüşüblər. Onlar başa düşdülər ki, heç də hər bir insanın yardım edəcək dostu yoxdur.
Ayrılıq proqramın tərtibatçıları, istifadəçilərə bir sıra xidmətlər təklif edirlər. Onlardan ən ucuzu 99 dollar qiymətindədir. Ödəniş etdikdən sonra, 10 gün ərzində proqramda təklik olunan yardımdan yararlana bilərsiniz.
Burada daha bahalı xidmətlər təklifləri də mövcuddur. Bunlara görüşün təşkil olunması, fərdi məsləhətlərin verilməsi, həftədə bir dəfə hal-əhvalın öyrənilməsi xidmətləri aiddir.
Qeyd edək ki, ABŞ-da bu proqram kifayət qədər geniş yayılmışdır. Xidmətin yaradıcıları ilə əməkdaşlıq edən şirkətlər qeyd edirlər ki, müraciətlərin sayı gündən günə artır.
Onward proqramı 14 fevral tarixində işə salınmışdır. Tərtibatçılar xatırladırlar ki, ayrılıqda yalnız pis tərəfləri görmək doğru deyil. Belə ki, bu, yeni və daha maraqlı bir şeyin başlanğıcı ola bilər.