Aysel Fərziyeva Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində tutduğu vəzifədən ayrılıb.
Banker.az xəbər verir ki, Aysel Fərziyeva AQTA sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi idi.
O, AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, AQTİ-PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Agentlik sədrinin media məsələləri üzrə köməkçisi, mətbuat katibi kimi fəaliyyət göstərib. Eyni zamanda qurumun müxtəlif telekanallarda yayımlanan verilişlərinin layihə rəhbəri və aparıcısı, elmi-kütləvi jurnalının baş redaktoru idi.