24 C
Baku
Thursday, June 30, 2022

Azər Türk Bank beşinci rəqəmsal filialını açdı

®Ölkə bank sistemində bir ilk olaraq rəqəmsal ofisini istifadəyə vermiş dövlət bankı Azər Türk Bank bu günlərdə özünün sayca beşinci olan “Rəqəmsal 5” filialını müştərilərinin ixtiyarına təqdim etdi.

Filial metronun “20 Yanvar” stansiyası yaxınlığında, H. Zərdabi prospekti, 3166 ünvanda yerləşir.

Azər Türk Bankın yenilənmiş müasir xidmət şəbəkəsində yer alan bu filialda da, bankın digər rəqəmsal ofislərində olduğu kimi, bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi unikal biznes ekosistemi müştərilərin Bankın veb-saytı, mobil tətbiqi vasitəsilə sifarişlərinin qəbulunu, onlayn qaydada sənədləşmə işlərinin görülməsini, daha sonra atb360 mobil əlavəsində banka gəlmədən, 24×7 ödəmə, köçürmə və başqa əməliyyatların rahat və ən qısa müddətdə həyata keçirilməsini mümkün edir. Bu sistem üzrə növbəti və sonuncu mərhələ, lazım olduğu təqdirdə, müştərinin filiala müraciət etməsidir.

Bankın qurduğu ekosistem innovativ xidmət şəbəkəsi vasitəsilə Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri, məhsul və xidmətləri təqdim etməyə imkan verir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

 

003 1 002 1 01Əsas foto

 

Son xəbərlər
Oxşar xəbərlər