22 C
Baku
Saturday, June 25, 2022

Azər Türk Bank bu xidmətləri ödənişsiz yerinə yetirəcəkdir

®Dövlət bankı Azər Türk Bank  Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təklif etdiyi aşağı gəlirli  əhali qrupu üçün nəzərdə tutulmuş “Baza bank xidmətləri paketi” layihəsinə qoşulmuşdur.

Qeyd edilən paket çərçivəsində aşağı gəlirli kateqoriyaya aid müştərilər tərəfindən Azər Türk Bankda cari hesabın açılması, ölkə daxilində hesablar arasında köçürmə əməliyyatları  zamanı heç bir komissiya tutulmayacaqdır.

Bu müştərilər üçün ATB360 mobil bankçılıq, SMS və ya elektron ünvan üzrə məlumatlandırma sistemlərinə qoşulma və istifadə də pulsuz olacaqdır.

Həmçinin, müştərilər heç bir ödəniş etmədən AZN valyutalı debet kart sahibi olmaq və vəsaitin Azər Türk Bankın bankomatlarında komissiya tutulmadan nağdlaşdırılması imkanı əldə edəcəklər.

Ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər