18 C
Baku
Wednesday, April 17, 2024

Azər Türk Bankdan 7%  cashback kampaniyası 

®Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində ödənişlər üzrə yeni kampaniyaya başlayır. 

Belə ki, 15 may tarixindən etibarən:

  • əyləncə mərkəzlərində;
  • oyuncaq mağazalarında; 
  • kitab mağazalarında; 
  • kinoteatrlarda; 
  • teatrlarda; 
  • iTicket.az saytında;
  • restoranlarda;
  • kulinariya müəssisələrində

ATB Card debit və yeni nəsil əməkhaqqı kartları ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashback hesablanacaqdır. 

Kampaniyanın müddəti 4 iyun daxil olmaqla həmin tarixədəkdir.

Xatırladırıq ki, cashback  ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər