Rusiya Federasiyası və Ukraynadan Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi azaldığı halda, əksər Qərb dövlətlərindən artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin birinci rübü üçün açıqladığı statistikaya istinadən xəbər verir ki, ilin ilk üç ayında 13.33 milyon, yaxud 6% artaraq 239.97 milyon dollar təşkil edib.
Rusiya 2022-ci ilin birinci rübündə böyük sanksiyalara məruz qalması Azərbaycana pul köçürmələrə xeyli təsir edib. Fevral ayının 24-dən Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.
Ölkəyə əhali üçün ən böyük pul köçürülən Rusiya Federasiyasından daxilolma xeyli azalıb. RF-dən ilin ilk rübündə 99.7 milyon dollarlıq vəsait köçüb ki, bu da illik müqayisədə 20.24 milyon dollar, yaxud 17% azalmadır.
Ukraynadan daxilolan pul köçürmələrinin həcmi isə 27% azalaraq 4.23 milyon dollara düşüb.
Lakin, Azərbaycanın bu siyahısını yeni dövlətlər əvəzləyir.
Tarixdə ilk dəfə Rusiyadan sonra ikirəqəmli faiz payı ilə digər ölkə siyahıda yer alır. ABŞ-dan ölkəyə 32.88 milyon dollarlıq köçürmə gəlməklə onun ümumu pul köçürmələrdəki payını 14%-ə çatdırıb. Öncəki illə müqayisədə 3 dəfə çox artım var.
Üçüncü ən çox Türkiyədəndir ki, hesabat müddətində 23.42 milyon dollarlıq köçürmə olub.