6 C
Baku
Monday, December 30, 2024

Azərbaycan əhalisinin sayı 54 min nəfərə yaxın artıb

2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0.5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər