Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqlayıb

“Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

“Bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb”, – o deyib.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları