26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bankının 21 maşını satışa çıxarılır – Qiymət 3 min manatdan başlayır

Banker.az xəbər verir ki, “ABB”yə məxsus 21 nəqliyyat vasitəsi hərraca çıxarılıb.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına  behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

21

Son xəbərlər
Digər xəbərlər