20.4 C
Baku
Tuesday, May 13, 2025

Azərbaycan banklarına ən çox hansı rayonlar əmanət yerləşdirirlər?

Azərbaycanda 2021-ci ilin avqust ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 606 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 675 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

2021-ci ilin iyul ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 256 milyon 537 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 188 milyon 311 min , Aran iqtisadi rayonunda yaşayan 180 milyon 574 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 70 milyon 756 min manat pul qoyub. Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 78 milyon 127 min manat pulu var.

Şəki-Zaqatalada yaşayanlar 60 milyon 77 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 58 milyon 509 min manat  yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 4 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 5.04% təşkil edir. 3 milyard 845 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1.3 faizdir.

Son xəbərlər
Digər xəbərlər