Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı “Muğanbank” ASC yeni filial açıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Xırdalan şəhəri ətrafında yerləşən “Ticarət” filialıdır.
Bununla da kommersiya bankının Xırdalan şəhəri ərazisində filiallarının sayı 2-yə çatıb. Buna qədər Bankın adıçəkilən şəhərin Heydər Əliyev prospektində “Abşeron” filialı fəaliyyət göstərirdi. Bir məlumatı da bildirək ki, bankın Xırdalan da 1 şöbəsi də var.
Yeni açılacaq Bizim Ev şəhərciyində yerləşəcək.
Xatırladaq ki, bankın hazırda 44 filialı fəaliyyət göstərir. Bundan öncə daha bir “Mərkəz” filialını istifadəyə vermişdi.