16 C
Baku
Saturday, November 26, 2022

Azərbaycan BMT ilə “kağızsız ticarət” üzrə məsləhətləşmələr keçirəcək

“Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi” mövzusunda Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə məsləhətləşmələr keçiriləcək.

Bu barədə məlumat verən UNESCAP-ın milli koordinatoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Asiya və Sakit oken bölgəsində “Sərhədlərarası Kağızsız Ticarət üzrə Çərçivə Sazişi”nə ilk qoşulan ölkələrdən biridir.

“Bu çərçivədə Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi üçün hüquqi və texniki hazırlıqlar müzakirə olunacaq. Bu məsləhətləşmələr BMT-nin “Pandemiya dövründə nəqliyyat və ticarət əlaqəsi” adlı layihəsinə uyğun aparılacaq. Məslhətləşmələrdə sərhədsiz ticarət üzrə bütün aidiyyatı dövlət qurumları və UNESCAP-ın nümayəndələri iştirak edəcək. Əsas məqsəd kağızsız ticarət üzrə hazırlanmış qiymətləndirmə sənədini və tövsiyyələri, həmçinin ilkin fəaliyyət planını müzakirə etməkdir. Qeyd etməliyəm ki, UNESCAP-ın əvvəlki qiymətləndirmələrinə əsasən Azərbaycan sərhədlərarası kağızsız ticarət sahəsində Asiya və Sakit okean regionunda öncül ölkələrdən sayılır.”

Qeyd edək ki, “Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi” mövzusunda məsləhətləşmələr dair məlumat UNESCAP-ın səhifəsində yerləşdirilib:

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X