17 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycan dövlət borcuna dair qlobal reytinqdə 28-ci yeri tutub

“Euler Hermes” beynəlxalq sığorta şirkəti Şərqi Avropa, Asiya, Afrika və Cənubi Amerikada 101 ölkənin dövlət borcunun vəziyyətini təhlil edib. Təhlil nəticəsində şirkət ölkələrin reytinqini tərtib edib.

Tədqiqat zamanı borcun ÜDM-ə nisbəti, koronavirus pandemiyası səbəbindən borcun artması, dövlət borcunun xarici borcda olan payı, tədiyyə balansının vəziyyəti, effektiv faiz dərəcəsi (inflyasiyaya uyğun düzəliş) və borc xidmətinin dəyəri nəzərə alınıb.

Reytinqin lideri Bolqarıstan olub, ikinci pillədə Rusiya, üçdə isə Konqo Demokratik Respublikası qərarlaşıb. İlk beşliyi Əfqanıstan və Kamboca tamamlayır.

Livan, Surinam, Şri-Lanka, Bəhreyn və Misir ən az dayanıqlı dövlət borcu olan ölkələr kimi tanınıb.

Çin 11-ci yerdə qərarlaşıb. Keçmiş SSRİ ölkələri arasında Moldova 16-cı yeri, Tacikistan – 17, Azərbaycan – 28, Özbəkistan – 30, Gürcüstan, Ukrayna və Ermənistan isə müvafiq olaraq 77, 78 və 79-cu yerləri tutub.

Müəlliflər qarşıdakı illərdə inkişaf etməkdə olan aşağı gəlirli ölkələrdə borc böhranını istisna etmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər