17 C
Baku
Tuesday, July 5, 2022

Azərbaycan FAO ilə əməkdaşlığı genişləndirəcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında əməkdaşlığa, birgə tədbir və layihələrin icrasının mövcud vəziyyətinə həsr olunmuş görüş keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən birgə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. FAO ilə səmərəli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Qida məhsullarının təhlükəsizliyinə milli nəzarət sisteminin qiymətləndirilməsi və qida təhlükəsizliyi risklərinin təhlilinə təcrübi yanaşmalar üzrə gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər
Oxşar xəbərlər