Azərbaycan iqtisadiyyatına investisiya yatırımları artsada, bank sektorunun payı azalıb

2020-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çox vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu artım daha çox neft-qaz sektoruna yatırılmış investisiyaların artması (29%) ilə bağlı olmuş, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi də 1% artmışdır.

Cari ilin yanvarında əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 734,2 milyon manat, bank kreditləri 11,8 milyon manat, büdcə vəsaitləri 141,3 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 33,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 67,4 milyon manat, sair vəsaitlər 8,2 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, 2019-ci ilin yanvarında isə əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 43,9 milyon manat təşkil edib. Belə ki, əsas kapitala yönəlmiş bank kreditlərinin həcmi 3 dəfədən çox azalıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları