28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Mərkəzi Bankı “Visa Inc.” nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir. Bub barədə Banker.az-a AMB-dən məlumat daxil olub.

Görüşdə “Visa İnc.” beynəlxalq kart təşkilatını Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor KovalyovMDB və Cənub-Şərqi Avropa regionu üzrə dövlət qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və rəqəmsəl həllər sahəsində direktoru Andrey Şerbina təmsil etmişdir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman hökumətin, o cümlədən Mərkəzi Bankın diqqət mərkəzində olduğunu vurğulamış və bu məsələnin bu gün də aktual olduğunu bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” barədə görüş iştirakçılarına məlumat verən A.Quliyev ölkə Prezidentinin “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıqlar verdiyini və bu istiqamətdə əlaqədar hökumət qurumları və beynəlxalq təşkilatlarla birgə əməkdaşlığın zəruriliyini vurğulayıb. Belə ki, məhz bu birgə əməkdaşlıq çərçivəsində “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

“Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri görüşdə Bakı şəhəri də daxil olmaqla dünyanın 100 iri şəhərində istehlakçılar, biznes qurumları və hökumət üçün rəqəmsal ödənişlərin iqtisadi üstünlükləri və yaratdığı əlavə dəyərlər barədə aparılmış geniş diqanostika və təhlillər haqda ətraflı məlumat verilib.

Eyni zamanda mobil ödənişlərdə, rəqəmsal bankçılıqda, elektron ticarətdə hesablaşmalarda yüksək təhlükəsizliyi və rahatlığı təmin edəcək “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən hazırlanmış müasir və innovativ Visa Tokenizasiya Xidməti barədə ətraflı məlumat verilmiş, bu xidmətin üstünlükləri diqqətə çatdırılmışdır.

Görüşdə həmçinin Mərkəzi Bank ilə “Visa İnc.” beynəlxalq kart təşkilatı arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər