10 C
Baku
Tuesday, January 31, 2023

Azərbaycan Qoşulmama Hərəkatının Nyu-Yorkda dəstək ofisinin açılması təşəbbüsü ilə çıxış edib

Qoşulmama Hərəkatının institusional inkişafı üçün praktiki addımlar atılmasının vaxtıdır.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu, ölkələr arasında həmrəyliyi gücləndirəcək.

“Qoşulmama hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq institutdur və əlbəttə, biz hamımız istəyirik ki, səsimiz qlobal miqyasda eşidilsin. Parlament Şəbəkəsi bizim irəli sürdüyümüz və sizin dəstəyinizi qazanan yeganə təşəbbüsümüz deyil, digər vacib təşəbbüs də Gənclər Şəbəkəsidir. Gələn ay biz Bakıda digər vacib tədbiri – Qoşulmama Hərəkatının Gənclər Sammitini keçirəcəyik. Bunlar institusional inkişaf istiqamətində atılan addımlardır. Düşünürəm ki, bu istiqamətdə praktiki addımlar atılmasının vaxtıdır. Azərbaycanın irəli sürdüyü və üzv ölkələrin dəstəklədiyi digər təşəbbüs Qoşulmama Hərəkatının Nyu-Yorkda dəstək ofisinin açılmasıdır. Düşünürəm ki, indi institusional inkişaf üçün daha çox addımlar atılması üçün doğru vaxtdır, qarşılığında bu bizə beynəlxalq arenada öz maraqlarımızı qorumağa yardım edəcək və əlbəttə ki, bizim ölkələrimiz arasında həmrəyliyi gücləndirəcək”, – Azərbaycan Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X