“Azərbaycan Sənaye Sığorta” Reklam Agentliyinin əməkdaşlarını 45 min manata sığortalayacaq

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi “Azərbaycan Sənaye Sığorta” ASC ilə müqavilə bağlayıb.

Banker.az-ın məlumatına görə, müqavilədə əməkdaşların tibbi sığortası xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri 45 150 manatdır.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər