11 C
Baku
Cümə, Dekabr 3, 2021

“Azərbaycan Sənaye Sığorta”nın Direktorlar Şurasına yeni sədr təyin edildi

“Azersun Holding”ə yaxın olan sığorta şirkətinin rəhbəri dəyişib, azərbaycanlı rəhbər gətirilib.

Banker.az bildirir ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasının sədri Rafiq Vəli oğlu Şahverdiyev təyin edilib.

R.Şahverdiyev, 2019-un sentyabrından “Azersun Holdinq” MMC-yə Korporativ Əlaqələr departamentinin direktorudur. Daha əvvəl isə ASB Bank-da çalışıb.

ASS-nın buna qədər Direktorlar Şurasının sədri Doğan Niyazı oğlu Tandoğan idi. Onun iyun ayının sonu koronavirusdan vəfat etdiyi KİV-də yer almışdı. D.Tandoğan həmçinin ASB Bank-ın İdarə Heyəti sədri idi.

Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümünü bitirib.

Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də “MilliKart” MMC-nin Direktorlar Şurasının sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

Son xəbərlər
Oxşar xəbərlər
X