“Azərbaycan Sənaye Bankı” ASC -nin (ASB Bank) Marketinq Departamentinin rəhbəri Rafiq Şahverdiyev iş yerini dəyişməli olub.
Banker.az-ın Banka yaxın mənbədən əldə etdiyi məlumata görə, R.Şahverdiyev ölkənin ən iri holdinqlərindən biri olan və eləcədə həmin banka yaxın olan “Azersun Holdinq” MMC-yə Korporativ Əlaqələr Departamentinə rəhbər kimi gedib. Şahverdiyev artıq bu aydan holdinqdə işinin icrasına başlayıb.
Qeyd edək ki, R.Şahverdiyev 9 ildən çox idi ki, Azərbaycan Sənaye Bankı-nda çalışırdı və son 6 ildə isə Marketinq Departamentinin rəhbəri vəzifəsində qərarlaşmışıdı.