8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycan sahələrarası maliyyə axınları 18.7 mlrd. manata yüksəldi

Azrbaycanda 2022-ci ilin üçüncü rübündə maliyyə axınları əvvəlki illərin müvafiq dövründən yuxarı səviyyədə qərarlaşmışdır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin üçüncü rübü üzrə Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabatı”na istinadən xəbər verir.

Rüb ərzində maliyyə axınlarının dinamikasında 2 tsikl müşahidə olunmuşdur. Belə ki, iyul ayı ərzində yüksələn artım avqust ayının əvvəlində kəskin azalma ilə əvəzlənmiş və ayın ortasında lokal minimuma düşmüşdür. Növbəti tsikl isə avqust ayının ortasından sentyabr ayının 3-cü ongünlüyünədək davam etmişdir.

Rübün sonunda yenidən nisbi artım müşahidə olunmuşdur. Bütövlükdə 2022-ci ilin üçüncü rübündə ümumi ödəniş daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% və ya 1.8 mlrd. manat artaraq 18.7 mlrd. manat təşkil etmişdir.

234244

87t68

Son xəbərlər
Digər xəbərlər