10 C
Baku
Saturday, December 21, 2024

Azərbaycan xaricə $2.83 milyardlıq xam neft ixrac edib

Azərbaycan 2024-cü ilin ilk iki ayında xaricə 4 milyon 595.49 min tonluq xam neft ixrac edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 11.2 faiz azalmadır.

İxracın statistik dəyəri isə  2 milyard 826 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan xam neftdən gəlirlər isə neft qiymətlərinin daha çox ucuzlaşması səbəbindən miqdardan daha çox azalma nümayiş etdirib.

Məslən, 2023-cü ilin ilk iki ayında orta neft qiymətləri bir ton üzrə  628 dollar olduğu halda, 2024-cü ildə 615 dollara düşüb.

Bu da illik müqayisədə neftin orta qiyməti illik 13 dollar və ya 2 faiz düşüb.

 

Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları

 

Ölkələr Miqdar (ton) Statistik

dəyər, min $

Cəmi 4 595 490.11 2 826 058.64
İtaliya 1 628 532.35 1 032 904.36
İsrail 884 322.85 527 533.57
Hindistan 574 400.33 359 981.90
Tailand 327 013.52 203 153.46
Portuqaliya 170 137.97 104 135.42
Rumıniya 165 537.88 92 295.63
Çexiya 141 342.57 82 418.33
Tunis 130 227.89 77 525.79
Polşa 90 150.50 57 363.56
Fransa 89 712.83 57 085.07
İndoneziya 86 721.65 52 551.84
Almaniya 82 611.02 52 283.35
Xorvatiya 79 271.50 50 441.15
İspaniya 76 534.64 39 881.49
Türkiyə 68 079.42 36 069.64
Özbəkistan 893.20 434.09

 

Son xəbərlər
Digər xəbərlər