Bu ilin yanvar ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 885,574 mln. kubmetr həcmində təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,91% çoxdur.
Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ay gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik müqayisədə 53% azalaraq 91,993 mln. kubmetr təşkil edib.
Məlumata əsasən, yanvar ayında həyata keçirilən qaz ixracı 17,343 mln. dollar dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni ayı ilə müqayisədə 45,19% azdır.
Bildirək ki, təbii qaz ixracı ölkənin məcmu ixracının 2,64%-ni əhatə edib.
Report