“Comex” birjasında 2026-cı ilin iyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti aprelin 20-dən bəri ilk dəfə bir troya unsiyası üçün 80 dolları keçib. Bu barədə ticarət platformasının məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 11:41-ə olan məlumata görə, gümüşün qiyməti bir troya unsiyası üçün 80,08 dollar (+3,59%) təşkil edib.
Saat 11:51-ə olan məlumata görə isə fyuçerslərin artımı sürətlənib və qiymət bir unsiya üçün 80,21 dollara (+3,76%) çatıb.






