4 C
Baku
Sunday, February 25, 2024

Azərbaycan Yaxın Şərqə taxılın logistikasında Qazaxıstana kömək edə bilər

Azərbaycan Yaxın Şərqə taxılın logistikasında Qazaxıstana kömək etməyə hazırdır.

Bunu “Consult Shipping” şirkətinin direktoru Həsən Məmmədov “Xəzər regionunun nəqliyyat logistikası” forumunda çıxışı zamanı bildirib.

“Biz başa düşürük ki, nə vaxtsa Qazaxıstandan Yaxın Şərqə taxıl göndərmək üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə olunacaq. Bu vaxta qədər biz bu bazarda öz yerimizi möhkəmləndirməliyik ki, qazaxıstanlılar öz logistikasını qurmasınlar, mövcud olan, məsələn Bakıdan keçən logistikanı istifadə etsinlər”, – deyə H. Məmmədov bildirib.

O, Azərbaycanın Rusiya məhsullarının İrana tədarükünü təşkil etdiyini də bildirib: “Yük Xəzər dənizinin qərb sahili ilə göndərilib. Qarğıdalı, buğda, yulaf çox yaxşı əmtəədir, onlara böyük tələbat var. Bazar payımızı tutmaq üçün indi mümkün qədər çox məhsul göndərməliyik. Həm də təkcə İranda deyil, həmçinin İraq, Qətər, Səudiyyə Ərəbistanı, İsrail kimi ölkələr də var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər