17 C
Baku
Sunday, April 14, 2024

Azərbaycana turizmdən $1.5 milyardlıq valyuta axını: Ölkə 2023-cü ildə bundan faydalanıb

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 mlrd dollar) idxalı (1.1 mlrd dollar) üstələməsi nəticəsində 342 mln dollar həcmində profisit (qalıq) yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına dair hesabatında bildirilir.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30.2% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.1 mlrd dollar olmuşdur. Bunun 75.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər