28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana “valyutagətirən” ilbizin bazarı yoxa çıxıb, ixrac dayanıb

BANKER.AZ/ Azərbaycanda ötən illərdə yeni ixrac məhsulu kimi ilbizin yer alacağını bildirilirdi. Bildirməliyik ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur. Öncəki ilə olan məlumata görə dünyanı bu məhsulla qarşılamaq üçün hələ də bazarda boşluq var.

2019-cu il ərzində Azərbaycandan bu məhsulun ixracı rəsmi rəqəmlərə əsaslanıb bildirsək, cəmi 29.19 ton olmaqla ixrac dəyərinin həcmi isə cəmi $32.75 min olub. Daha dəqiq olaraq, yalnız ötən ilin üçüncü rübü ərzində haqqında bəhs etdiyimiz ilbizlərin ixracı baş tutub. Həmin tarixdən bu tərəfə isə bir kiloqram belə xaricə delikat menyularda yer alan bu qida ixrac edilməyib.

Bu işlə Azərbaycanda “Azdelikates-Alfa” MMC məşğul idi. Cari ilin ikinci yarsında elan verildi ki, bu bazarı yenicə kəşf edən şirkət ləğv edilir, bağlanır. Bu şirkət isə 2017-ci ildən bazara daxil olmuşdu.

Həmin şirkət vaxtı ilə fermerlərin “zərərverici” saydığı bu məhsulun da alıcısı olduğunu deyirdi. Buna misal kimi, ilbizin xammal kimi şirkətin hər kiloqramı üçün ona təqdim edənə 50 qəpik ödəniş etdiyini deyirdi.

Görünür şirkətin həmin vaxta 300 tona qədər ilbiz yığıb, xaricə ixrac edəcəyi arzu olaraq qalıb. Yəni, həmin iddia edilən rəqəmdən 10 dəfə az məhsul yığımı olmuşdur (burada respublika üzrədir əslində).

Son xəbərlər
Digər xəbərlər