5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Azərbaycanda ilbiz ixracı ilə məşğul olan yeganə şirkət ləğv edildiyini elan etdi

Azərbaycanda ilbiz biznesi ilə məşğul olan şirkət bazarı tərk edib.
Banker.az xəbər verir ki, “Azdelikates-Alfa” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ0100 Xırdalan şəhəri, şəhər rayonu, Mehdi Hüseynzadə küçəsi (26-cı məhəllə Olimp MTK) küçəsi, ev 8, mənzil 7 ünvanına bildirə bilərlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda ilbiz biznesi ilə 2017-ci ilin əvvəlində yaradılmış   “Azdelikates-Alfa” MMC  məşğul olub,  şirkət təxminən bir neçə ay əvvələdək Avropa ölkələrinə, Türkiyəyə  ilbiz ixrac edib.  Şirkətin təsisçilərindən biri Emin Hacıyev verdiyi müsahibədə bildirib ki, mövsümdə qiymətlər sərf etmədiyindən zavodun fəaliyyətini dayandırıblar.  Lakin  Qida Təhlükəsizlik Agentliyinin  məlumatından sonra yenidən fəaliyyətə başlamaq niyyətindədirlər. “Bildiyim qədər ilbiz ixracı ilə yanız bizim şirkət məşğul olub.  Amma mövsümü pis başa vurduq, qiymətlər sərfəli olmadı”,- Hacıyev bildirib.

Onu da qeyd edək ki, “Azdelikates-Alfa” MMC-nin nizamnamə kapitalı 500 manatdır. Bu şirkətin qanuni təmsilçisi isə Məmmədəmin Hacızadə Orucəli oğludur.

Son xəbərlər
Oxşar xəbərlər