25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda 3 sığorta şirkəti “mənfi” zonada

Azərbaycanda 3 sığorta şirkəti yığdığından daha çox ödəniş edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“AXA MBASK” sığorta şirkəti 2019-cu ildə 975 min manat yığıma qarşı 6,101 milyon manat ödəniş, “İpək Yolu Sığorta” şirkəti 18,495 milyon manat sığorta haqları yığımına qarşı 19,931 milyon manat sığorta ödənişi həyata keçirib.

2019-cu ilin sonunda “Naxçıvan Sığorta” şirkəti isə 546 min manat yığıma qarşı 1,5 milyon manat sığorta ödənişi edib.

Son xəbərlər
Digər xəbərlər