Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 182,1 milyon manat kredit verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,2 % azalaraq 90,8 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 50 % artaraq 300 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.